94 PKK terrorçusu məhv edildi

Türkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 94 PKK terrorçusu öldürülüb. 

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Əməliyyatlar terrorçuların saxlandığı mağaralar və keçid yollarının olduğu Hakkari rayonunun Çukurca və Şemdinli qəsəbələrində, Şırnak rayonunun Bestler-Dereler, Cudi Dağı və Beytüşşebap bölgələrində, Diyarbəkirin Lice, Bingöl Kiğı, Tunceli Hozat və Ovacık (Ali Boğazı) qəsəbələrində, Muş rayon mərkəzində, Bitlis rayonunun Hizan və Ağrı Doğubayazıt (Tendürek Dağı) bölgələrində aparılıb.