Duyğularım , varaq üstə ağlama
Ağrılarım , əzablarım -- sən özüm, Göz yaşımı bulud kimi tut gözüm . Ayrılığa inanma ki, mən dözüm, Duyğularım, varaq üstə ağlama, Bu həsrəti belə təzə saxlama. Unut getsin, üreyindən sil onu . Duyğusuzdu, ürəksizdi bil onu, Aparıbdı gədər gəlməz yol onu, Duyğularım, varaq üstə ağlama, Bu həsrəti belə təzə saxlama. Köksüm altda yuvası var - dağılmış, Yaşananlar, şirin çağlar nağılmış, Göz yaşları bu səbəbdən axırmış, Duyğularım, varaq üstə ağlama, Bu həsrəti belə təzə saxlama. Hiss etmədi səndə olan cövhəri, Görmədi ki, ən qiymətli gövhəri, Ağlar qoydu , ala gözlü dilbəri, Duyğularım varaq üstə ağlama, Bu həsrəti belə təzə saxlama.
O neğmeler oxunmur
Mən səninlə bütöv idim, tam idim, Dumanlanan şərab dolu cam idim, Zülmət gecə şölə saçan şam idim, Coşan tufan artıq mənə toxunmur, Sevdiyimiz o nəğmeğələr oxunmur. Dalğa dalğa gəlib gedir duyğular, Zaman ilə ölüb gedir duyğular, Alovlanır , sönüb gedir duyğular, Qığılcımlar sənsiz yenə doğulmur, Sevdiyimiz o nəğməllər oxunmur. Göz yaddaşım səni tutub saxlayır, Ürək susub, qəlbim özü ağlayır. Sənin ile yeni peyman bağlayır, Sinəm kitab, heç kimsəyə oxunmur , Sevdiyimiz o nəğmələr toxunmur. Köynəyinin zaman silib qoxusun, Bacarmadım , saxlayardım çoxusun, Gecələrim, gözləyirəm yuxusun, Könlüm səni yaşatmaqdan yorulmur, Sevdiyimiz o nəğmələr oxunmur.
Yağışla bərabər
Məndən uzaqlarda sən yenə varsan, Pəncərə önünde çöle baxırsan. Kövrək ürəyimə , duyğularıma, Yağışla bərabər sən de yağırsan Yağışlı havada tənha küçədə, İslanmaq keçdimi bir an könlündən ? Sevgi dənizində , aylı gecədə, Bir an oğurlanmaq keçən ömürdən Mənə elə gəlir , belə havada, Yağış süzüləndə sən üşüyürsən. Bağçada çiçəyin gülün üstünə, Şəbnəm düzüləndə nə düşünürsən ? Bu yağışlı gecə, bu an bizimdi, Arada uzaq yol olsa da belə, Yağmurlar həm bizim , həm dənizindi, Ömür xəyallarda solsa da belə. Gözümü dikirəm uzanan yola, Yağış o yollarda izimi silir, Ümidsiz xəyalım qarmaqarışıq, Kəçib gedən illər bizimi silir ?!
Yenə bu axşam
Bir dəli yağmurda , selə bağlandım , Rüzgara tutuldum , yelə bağlandım , Ətrin bilmədiyim gülə bağlandım, Zülmət qaranlıqda iki yanan şam , Yenə hüzünlüyəm ,yenə bu axşam. Mənim də yaxamdan tutdu bu həsrət, Keçmiş xatirəyə qatdı bu həsrət , Batdıqca dərinə batdı, bu həsrət , Könlümə dəyməyin , yaman dolmuşam , Yenə hüzünlüyəm , yenə bu axşam. Könlümün sirrində qəlb yanğısı var , Keçmişə yönəlik zor sorğusu var, Dərinə işləmiş bir duyğusu var, Həzin xatirələr səndən bir nişan, Yənə hüzünlüyəm , yenə bu axşam. Axşamlar özləmim artır çoxalır, Sənsizlik fəryadı göyə ucalır, Fikirdən , xəyaldan insan qocalır, Yenə yollarında durub qalmışam , Yenə hüzünlüyəm , yenə bu axşam.
Bu gün biz hamımız Qarabağlıyıq
Təmkinlisən , ana torpaq , dözürsən, Bir bütünsən oğullarla özün sən. Qürur yerim, harayla sən, səslə sən, Bu torpağa , bu Vətənə bağlıyıq, Bu gün biz hamımız Qarabağlıyıq ! Qarabağım ağır eldi, bilirsən , Şivəsi çox şirin dildi , bilirsən, Tufandı, çovğundu, seldi, bilirsən, Uca dağlar kimi şah vüqarlıyıq, Bu gün biz hamımız Qarabağlıyıq ! Dərdimiz yox, Qarabağdı dərdimiz, Yol gözləyir şəhərimiz, kəndimiz, Hər döyüşü bilmək idi fəndimiz, Yari aranlıyiq , yarı dağlıyıq, Bu gün biz hamımız Qarabağlıyıq ! Bayatı demişik şirin diliylə , Dəyişmek olarmı qürbət əl ilə ?! Əkib becərmişik alın təriylə, Dədə Qorqud çatan dağ tonqalıyıq, Bu gün biz hamımız Qarabağlıyıq ! Camalqızı , inadından dönmə sən, Vətən eşqin alovlandır, sönmə sən, Yaşa , yarat, qürbət eldə ...ölme sən, Neçə ildi yurdumuzdan ayrıyıq , Bu gün biz hamımız Qarabağlıyıq !
Sevmədi yenə
Bu payiz ömrümün son nəgməsidi, Ürək sızıltısı dinmədi yenə. Solmadan ümidlər dasa çirpildi, Bu sevda yerini sevmədi yenə. Ruhumu göylərə ucaltsin dedim, Məni nagillarda yasatsin dedim Çox sevsin,sevgiylə qocaltsin dedim. Bu sevda yerini sevmədi yenə. ...Üsul,üsul gülüsüne qonaydim Heyat dolu baxisina qanaydim, Nə olaydi,odlanardim , yanaydim, Bu sevda yerini sevmədi yenə. Ürək çirpintisi istədim, çoxmu ?! Məhəbbət dünyasi istədim, çoxmu ?! Esq dolu bir həyat istədim, çoxmu ?! Bu sevda yerini sevmədi yenə. Bir nəfəs toxunsun, qoxusu sirin, Röyalara dalim, yuxusu sirin, Qarisan hisslərin duygusu sirin, Bu sevda yerini sevmədi yenə. Seir söyləmisdim, küsdü nagillar, Sevdiyim ulduzlar mənsiz axirlar. Çox incitdim, bagislasin duygular , Bu sevda yerini sevmədi yenə. Bütün suallarin cavabi əzab, Duygulu insanin savabi əzab, Mənim həyatimin əzabi əzab, Bu sevda yerini sevmədi yenə.
DUYĞULAR ÖLMƏDİ ÖZ ƏCƏLİYNƏN
Mənim vətənimdə dağlarım vardı, Dağlar da sinəmdə , özümdə gəldi. Çayları , suları , bulaqları da, Kövrələn qəlbimde , gözümdə gəldi.
Mən özüm gəlmişəm, uşaqlığımı- Kəndin cığırında, izində qoydum, Yuxulu ,qayğısız körpə çağımı, Anamın o doğma dizində qoydum.
Bir gün qarşılaşıb görüşsək əgər, Suallar gözümdə saralacaqdır. O körpə , o məsum mələk qızcığaz, Sual tək boynuma sarılacaqdır
Xəyalən dönəcəm uşaqlığıma, Yenə çözəcəyəm yuxularımı. O sual vərəcək, neylədin axı ? Mənim bu körpəcə duyğularımı.
Duyğular ölmədi öz əcəliynən, Qəza məhv elədi qədər öldürdü Yawatmaq istədim kövrək hissləri, Ayriliq susdurdu kədər öldürdü
Böuüdüm həsrətin ağrılarıyla Yüklədim kədəri qəmi könlümə Heyatim bələcə əzabla kecdi Doğuşdan sınıqdı demə könlümə
Ana Torpaq sözü burdan yaranıb
Körpəcə məhv olan qız uşaqlqrı, İstənmir ''səhv'' olan qız uşaqları. Torpağa gömülür qız uşaqları, ''Ana Torpaq'' sözü burdan yaranıb.
Sanır ki, sevgidən yoğrulur onlar, Doğmamış, zamansız boğulur onlar. Bətindən torpağa doğulur onlar, ''Ana torpaq'' sözü burdan yaranıb.
Bu körpə quşcuğaz köməksiz, yalın, Alın körpələri, dəhşətdən alın, Torpağın altından göyə ucalan, ''Ana Torpaq'' sözü burdan yaranıb
Sədası göylərin qatından gəlir Qisməti taleyin çatından gəlir Qığıltı Torpağın altından gəlir ''Ana Torpaq'' sözü burdan yaranıb
İncil ağacına bənzəyir şair
İncil ağacına bənzəyir şair, Hər gecə yeni bir nübar doğulur, Şairin hisləri , heyacanları, Həsrətə qarışıb , qəmlə yoğrulur.
İlhamı sinədən daşıb sellənir, Susarsan...şeirlər özü dillənir, Elə duyğular var, bağlı kitabdı, Səndən də xəbərsiz səndə gizlənir.
Yenə də dağ çayı coşdu çağladı, Yenə də bir aşiq peyman bağladı, Bir türkü yarandı susqun ürəkdə, Yenə de bir gözəl səssiz ağladı.
Dəniz dalğalandı , şeirə döndü, Könlüm havalandı , şeirə döndü, Yarpaq pıçıltısı,su şırıltısı, Könlüm qubarlandı ,şeirə döndü
Xarı Bülbül
Xarı bülbül , yığıb dəstə bağlayım, Yoxsa səni qurudummu saxlayım? Həsrətindən əzab çəkim ağlayım, Əsir dağın çiçəyisən sən axı.
Xarı bülbül ,dağlarında qarın var, Yaralıyam , mənim ölmüş yarım var. Vəfalıyam ,düz əhdim ilqarım var, Cıdır düzün çiçəyisən sən axı.
Xarı bülbül ,dağlarında meh ollam, Dərd çəkənin sinəsində ah ollam, Həyalısan ,yanağında şeh ollam, Buz bulağın çiçəyisən sən axı.
Qarlı dağın o üzündə bitirsən, Gül qoxulu rayihəli ətirsən, Dəyərlisən, şeirimdə sətirsən, Çiçəklərin göyçəyisən sən axı.
Xarı bülbül ,çiçəyini dər göndər, , Xan qızına təzə göndər tər göndər Yaylıq üstə dəstə bağla , sər göndər, Sevənlərin çiçəyisən sən axı.