ABŞ Azərbaycanın QHT-lərlə bağlı tətbiq etdiyi prinsipi dəstəkləyir

"ABŞ-la Azərbaycan hökumətləri arasında 25 ildir ki, tərəfdaşlıq əlaqələri mövcuddur”.

Modern.azxəbər verir ki, bunu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Marqo Ellis bildirib.

Onun sözlərinə görə, ABŞ bu müddət ərzində Azərbaycan xalqının firavanlığının yaxşılaşdırılması, dövlətin demokratik, sabit olması məqsədilə 1,3 milyard dollar yardım edib, sərmayə yatırıb.

Bu yardımdan 400 milyon dollar isə USAID vasitəsilə təqdim olunub.

USAID rəsmisi qeyd edib ki, Azərbaycanın hökumət üzvləri ilə görüş zamanı QHT-lərin qeydiyyatı məsələsini müzakirə ediblər.

O bildirib ki, Azərbaycan hökuməti tərəfindən QHT-lərin qeydiyyatı zamanı vahid pəncərə sisteminin tətbiq edilməsini ABŞ alqışlayır.

"USAID proqramlarını cəmiyyətin təmsilçiləri olan QHT-lər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən QHT-lərin qeydiyyatı bizim üçün əhəmiyyət daşıyır. Düşünürəm ki Azəebyacan hökuməti bunun bizim üçün nə dərəcədə vacib olduğunu anlayır".