ABŞ Belarusa qarşı sanksiyaların müddətini uzatdı

ABŞ prezidenti Barak Obama Belarus hökumətinin bir sıra üzvlərinə qarşı yürüdülən sanksiyaların müddətini uzadıb.

 

APA-nın məlumatına görə, prezidentin imzaladığı fərmanda deyilir ki, Belarus hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir: "Həmin şəxslər Belarusda demokratik proseslərə və institutlara zərər verir".