ABŞ-da ağır yol qəzası: 7 ölü, 21 yaralı

ABŞ-ın Palm-Sprinqs şəhərində ağır yol qəzası baş verib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qəzada avtobus yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 7 nəfər ölüb, 21 nəfər xəstəxanaya yerləşdirilib.

Polis və yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerində işləyir.

Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.