ABŞ-da yanğın: - 9 ölü

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə "East Bay Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə şənlik keçirilən zaman baş verib. Yanğın zamanı 9 nəfər ölüb, azı 25 nəfər itkin düşüb. 

Xəbərdə həmçinin qeyd edilir ki, yanan binada bir neçə nəfər qalıb.     

Yanğın binanın anbarında başlayıb. Hadisə yerinə 50-dək yanğınsöndürən cəlb edilib.