ABŞ Suriyaya görə Rusiyanı hədələyib

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı bildirib ki, rəsmi Vaşinqton Moskva ilə Suriya üzrə əməkdaşlığı dayandıra bilər.

sabahinfo.Az TASS-a istinadən xəbər verir ki, Kerri Suriya qoşunlarının Hələbdə əməliyyatı dayandırması və atəşkəs rejiminin bərpa edilməsi üçün Rusiyadan Bəşər Əsədə təzyiq göstərməsini tələb edib. ABŞ dövlət katibi hesab edir ki, Suriyada vəziyyət getdikcə daha da pisləşir.

C.Kerri Hələbin mülki infrastrukturuna zərbələrin endirilməsinə və "ağıllı” bombalardan istifadəyə görə məsulliyyəti yalnız Rusiya tərəfinin daşıdığını bəyan edib.