ABŞ və İran Türkiyədəki səfirliklərini bağladı

Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra İran və ABŞ bu ölkədəki səfirliklərini bağlayıb. Sabahinfo.az xəbər verir ki, "Fars” xəbər agentliyi İranın Türkiyədəki səfirliyi ilə yanaşı İstanbul, Ərzurum və Trabzondakı konsulluqlarının da fəaliyyətini dayandırdığını bəyan edib.

 

Bundan başqa ABŞ Ankaradakı səfirliyinin, eləcə də İstanbul və Adanadakı konsulluğunun bu gün üçün bağlı olduğunu elan edib.