Bağlamaların gec çatdırılmasının əsas səbəbi açıqlandı

Bu gün bağlamaların itməsindən daha çox, vətəndaşa vaxtında çatdırılmaması problemi müşahidə olunur.

Sabahinfo.az xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, bağlamaların gec çatdırılmasının əsas səbəbi ünvanın göstərilməməsi və ya səhv göstərilməsidir.