Bakı sakinindən 10 kq-dan çox narkotik maddə götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə bölməsi və 28-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazovdan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.