Bakıda orta aylıq əməkhaqqı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 1360,4 manat olub.

Bu barədə Sabahinfo.az-a Bakı Statistika Komitəsindən məlumat verilib. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.