"Bakının sülh danışıqları ilə bağlı çox konstruktiv mövqeyi var" - Peskov

Kreml Bakının İrəvanla sülh müqaviləsinin imzalanması məsələsində mövqeyini "çox konstruktiv" kimi qiymətləndirir.

Sabahinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Siyasətçi qeyd edib ki, Ermənistandan hələlik heç bir reaksiya yoxdur: "Bakının bu məsələdə çox konstruktiv mövqeyi var, İrəvan hələ tam qərar verməyib, biz reaksiya gözləyirik". 

Peskov qeyd edib ki, Moskva Ermənistanla Azərbaycan arasında vəziyyətin həlli üçün hələ də çox vacib vasitəçidir.