Aralıq dənizində iki gəmi qəzaya uğrayıb, yüzlərlə ölən var

Liviya sahillərində qaçqınları daşıyan iki gəminin qəzaya uğraması nəticəsində 239 nəfər ölüb.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, xilas edilən 29 nəfər İtaliyanın Lampeduza adasına aparılıb.

Məlumata görə, oktyabrın 1-dən 25-dək dəniz yolu ilə Avropa sahillərinə 328 min 225 nəfər daşınıb. Onların çoxu Afrika ölkələrinin vətəndaşlarıdır.