Artur Rasizadə Neft Fondunun Müşahidə Şurasını topladı - Büdcə dəyişdirilir

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-nin 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.