Avstriyanın yeni prezidenti məlum oldu

Avstriyada keçirilən prezident seçkilərində  Yaşıllar Partiyasının sabiq lideri Aleksander Van der Bellen  qalib gəlib.
 
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, müstəqil namizəd qismində namizədliyini irəli sürən A. Van der Bellen ilkin hesablamalara əsasən 54% səs toplayıb.
 
Onun rəqibi, Avstriya Azadlıq Partiyasının namizədi Norbert Xoferə seçicilərin 46 faizi səs verib. N.Xofer məğlubiyyətini etiraf edərək A. Van der Belleni qələbə münasibəti ilə təbrik edib.