Azәrbaycanlılar arasında "hacı"lığa meyl niyә sönüb?

Azәrbaycandan bu il Hәcc ziyarәtinә gedәcәk zәvvarlar üçün ayrılan yerlәr tam dolmayıb. Bu barәdә mәtbuata Qafqaz Müsәlmanları İdarәsindәn mәlumat verilib. Mәlumatdan o da aydın olub ki, hazırda 90 yer boş qalıb. Azәrbaycana ayrılan yerlәrdәn nisbәtәn ucuz variant üçün 30 yer, nisbәtәn bahalı variant üçün isә 60 yer boşdur. Azәrbaycana ümumilikdә 2400 zәvvar yeri ayrılıb. Ziyarәt üçün sәnәd qәbulu bu ayın sonunda başa çatacaq.

Qeyd edәk ki, bu il Azәrbaycanda Hәcc ziyarәti üçün sәnәd qәbulu martın 11­dә başlayıb. Ziyarәt sentyabrın 11­dә başlayacaq. Bu il ilk dәfә olaraq sәnәd qәbulunun vaxtı әlavә iki ay uzadılıb. Hәr il olduğu kimi, bu il dә zәvvarlara ziyarәt iki variantda tәklif olunur. Daha yaxşı şәraitli otellәrdә qalmaq, yemәklәrlә tәmin olunmaq vә 4 nәfәrlik otaqlarda yerlәşmәk üçün tәklif olunan variant 5750 dollar, nisbәtәn ucuz, 6 nәfәrlik otaqlarda qalmaq üçün tәklif olunan variantın qiymәti isә 4700 dollardır. Demәli, bu il adi xidmәtlәrlә Hәcc ziyarәtinә gedәnlәr tәxminәn 1500, VİP xidmәtlәrlә gedәnlәr isә 1700 manat әlavә pul ödәmәlidir. Yaxın Şәrqdә baş verәn hadisәlәrlә әlaqәdar ziyarәt yalnız tәyyarә ilә baş tutacaq. Uçuşları AZAL hәyata keçirәcәk. Bu il ilk dәfә olaraq ödәnişlәr ABŞ dolları ilә aparılır.

Onu da qeyd edәk ki, 2012­ci ildә VİP xidmәtlәrlә Hәcc ziyarәti 3850 manat, adi xidmәtlәr isә 3090 manat tәşkil edib. Son iki ildә nisbәtәn şәraiti zәif vә gündә iki dәfә yemәk verilәn otellәrdә qalmaq istәyәn zәvvarlar 3250 manat, daha yaxşı şәraitli vә yemәklәri daha çeşidli olan otellәrdә qalmaq istәyәn zәvvarlar isә 4100 manat ödәmәli olub.

Hәr il azәrbaycanlı zәvvarların sayında artım müşahidә edilib, ayrılan yerlәr vaxtından әvvәl dolub. Bu il isә, әksinә, qeydiyyat müddәtinin sonuna 4 gün qalmasına baxmayaraq, hәlә dә 90 yer boşdur.

Maraqlıdır, bu il Hәcc ziyarәti üçün ayrılan yerlәr niyә dolmayıb?

Mәsәlәyә münasibәt bildirәn dinşünas Hacı Şahin Hәsәnli bunu dünyada gedәn iqtisadi böhranla әlaqәlәndirdi: "Bunun bir neçә sәbәbi var. Nәzәrinizә çatdırım ki, hәr il Hәccә gedәnlәrin sayı artıb. Ötәn il hәtta yerlәr tez dolduğundan, bir çoxları ziyarәtә gedә bilmәdilәr. Bir il әrzindә insanların dinә marağının azaldığını iddia etmәk çәtindir. Hesab edirәm ki, bu, sırf dünyada baş verәn proseslәrlә әlaqәlidir. Çünki Sәudiyyә Әrәbistanı da qiymәtlәri artırıb. Nәinki Azәrbaycandan, elәcә dә dünya ölkәlәrinin hamısından Hәcc ziyarәtinә gedәnlәrin sayında azalma var. Mən birmənalı olaraq bunu iqtisadi amillərlə bağlayıram. Həm də nəzərə almaq lazımdır ki, ötən illərə nisbətən Səudiyyə Ərəbistanı tərəfindən ayrılan kvota 20 faiz azaldılıb".

//"Şərq"