Tərlan İsmayılov: “Problem köklü həll olunmazsa...." EKSPERT TƏKLİF VERİR

“DSMF borcu problemin özü deyil, nəticəsidir. Əsas səbəb bələdiyyə büdcələrinin çox vaxt real gəlirlərə deyil, nikbin proqnozlara əsasən tərtib edilməsidir”- bu fikirləri İsmayıllı bələdiyyəsinin üzvü, ekspert Tərlan İsmayılov deyib.

Göründüyü kimi, nəticədə gözlənilən əmlak və torpaq vergiləri, icarə haqları, torpaq satışından və digər mənbələrdən daxilolmalar tam təmin olunmur, əməkhaqqı və DSMF ödənişlərində çətinlik yaranır.

Ekspert qeyd edib ki, çıxış yolu yalnız borcların restrukturizasiyası deyil. Bələdiyyələrin Vahid İnforsmaiya Sistemi (BVİS) faktiki maliyyə göstəricilərinə əsasən real büdcə proqnozları hazırlamalı, əmlak və torpaq vergilərinin yığılması isə mərkəzləşdirilmiş vahid vergi inzibatçılığı vasitəsilə həyata keçirilməlidir.

Eyni zamanda bələdiyyə torpaqlarının rəsmiləşdirilməsi və xəritələşdirilməsi ilə bağlı mövcud maneələr də aradan qaldırılmalıdır. 

Beləliklə, problem köklü həll olunmazsa, DSMF borcları gələcəkdə yenidən yarana bilər.