Azərbaycan Gürcüstana investisiyaların həcminə görə liderdir

Azərbaycan 2016-cı ilin üç rübü ərzində Gürcüstana 436 milyon dollar investisiya edib, bu, ötən ilin eyni dövrü ərzindəkindən 9,6% çoxdur.

sabahinfo.Az xəbər verir ki, bu barədə Gürcüstanın Milli statistika agentliyinin hesabatında belə deyilir. 

Qeyd edilir ki, üçüncü rübdə Gürcüstan iqtisadiyyatına Azərbaycan investisiyalarının həcmi 151 milyon dollar təşkil edib, bu da ötən ilin eyni dövründəki göstəricidən 15,1% azdır.

Hesabata görə, Gürcüstan iqtisadiyyatına yatırılmış investisiyaların həcminə görə Azərbaycan birinci yerdədir.  Bu ölkənin iqtisadiyyatına qoyulan investisiyaların 33 faizi Azərbaycanın payına düşür. 

Hesabat dövrü ərzində Gürcüstan iqtisadiyyatına cəmisi 463 milyon dollar investisiya olunub, bu da 2015-ci ilin üçüncü rübündəkindən 4,1% azdır.

Gürcüstana investisiyaların həcminə görə ikinci yerdə Türkiyədir. O, hesabat dövrü ərzində 111 milyon dollar vəsait yatırdıb (investisiyaların həcminin 24%), üçüncü yerdə isə 52 milyon dollar həcmində investisiya edən Lüksemburqdur (11 faiz).

Gürcüstana investorların əsas siyahısına üçüncü rübdə həmçinin Çexiya, Çin, Niderland, ABŞ, Yaponiya, Panama və Kipr də daxildir.