Ukraynanın yeganə təyyarə istehsalçısı "Antonov" dövlət müəssisəsi 12 ədəd "An-178" təyyarəsini Çin və Azərbaycana satmağı planlaşdırır.
Azərbaycanın "Silkway Airlines” şirkəti üçün 10 təyyarənin tədarük edilməsi ilə bağlı saziş imzalanıb.
Məlumata
görə, "Silkway Airlines" "An-178" təyyarələrinin ilk sifarişçisidir.
Bundan başqa, Çinin "Beijing A-Star Airspace and Technology Co" şirkəti
ilə 2 ədəd "An-178" təyyarəsinin satın alınmasına dair niyyət protokolu
imzalanıb.
Bununla belə, təyyarələrin çatdırılma vaxtı sifarişçilərin tələbinə əsasən açıqlanmır.