Azərbaycanlı tələbələrdən “Çanaqqala 100” aksiyası

Azərbaycan Dövlət İqtisad Universieti tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı twitter aksiyası keçirilib. Təhsil ocağından bildirilib ki,  ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə etdilən Twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni "soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir. Aksiya Türkiyənin Çanaqqala vilayətindəmüxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim ilə paralel keçirilib. Aksiyaya Türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.