“Azərsun” qiymətləri qaldırdı – SİYAHI

"Azersun Holding” bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.

sabahinfo.Az Novosti.az saytına istinadən xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.

Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.

"Azərsun”un, demək olar ki, bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq, 5-20 qəpik artıb”.

Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:

- duz;

- un;

- kərə yağı;

- düyü;

- şəkər;

- qənd;

- süd məhsulları.