Bakıda kriminal avtoritetin qardaşı tutulub

Bakıda tanınmış kriminal avtoritetin qardaşı həbs edilib.


Sabahinfo.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, əvvəllər bir neçə dəfə müxtəlif cinayətlərlə məhkum olunan İbrahimov Ayət Abbas oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub. Saxlanılarkən ondan narkotik tərkibli vasitə götürülüb.

Qeyd edək ki, A. İbrahimov "Lotu Tahir” ləqəbi ilə tanınan Tahir İbrahimovun qardaşıdır.