Bəhreyn də Rusiyadan C-400 alır

Bəhreyn və Rusiya C-400 zenit raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə xəbəri Bəhreyn kralının qvardiyasının komandanı Naser ben Hamad Al Xalifa təsdiqləyib.

BIDEC hərbi sərgisində iştirak edən qvardiya rəsmisi deyib: "Biz hələ danışıqlar mərhələsindəyik. Allahın köməkliyi ilə bu prosesi yekunlaşdırcağıq".