Benzin daşıyan maşın partladı: - 2 ölü, azı 15 yaralı

ABŞ-ın Merilənd ştatında yol-nəqliyyat hadisəsi nəticəsində yanacaq daşıyan maşın partlayıb,  2 nəfər ölüb, azı 15 nəfər yaralanıb.  

 

APA-nın "Associated Press”ə istinadən verdiyi xəbərə görə, insident Baltimor şəhərində qeydə alınıb.

 

Məlumata görə, sürücü buzlu yolda sürəti artırıb, nəticədə yanacaq daşıyan yük maşını maneəyə çırpılaraq aşıb. Qəza zamanı güclü partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, azı 15 nəfər xəsarət alıb.

 

Hadisə 20-dək avtomobilin toqquşmasına səbəb olub.