Bəşər Əsədin həyat yoldaşı Suriyanı tərk etməkdən imtina edib

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd ölkəni tərk etmək barədə təklifdən imtina edib.

sabahinfo.Az-ın məlumatına görə, Əsma Əsəd bu barədə "Rusiya-24”telekanalına müsahibəsində deyib.

"Mən həmişə burada (Suriyada) olmuşam və heç vaxt digər yerə köçmək barədə fikirləşməmişəm. Bəli, mənə Suriyanı tərk etmək, daha dəqiq desək, Suriyadan qaçmaq barədə təklif gəlib. Bu təkliflərə mənim və uşaqlarımın müdafiəsi və maliyyə təhlükəsizliyi daxil idi. Lakin bu insanların əsl məqsədini anlamaq üçün dahi olmaq lazım deyil. Onları heç vaxt mənim və uşaqlarımın rifahı maraqlandırmayıb. Bu suriyalıların prezidentə olan inamını sındırmaq üçün atılan bir addım idi”, - o deyib