Bəxtiyar Vahabzadənin Şəkidə ev-muzeyi yaradılacaq

Prezident İlham Əliyev oktyabrın 27-də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında Sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Xalq Şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq Şəki şəhərində ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.