Şəkidə 115 saylı dairə-seçki komissiyasının 6 saylı məntəqəsində maraqlı hadisə yaşanıb.
Sabahinfo.az-ın ARB TV-ə istinadən məlumatına görə, bu gün toyu olacaq bəy və gəlin səsvermədə iştirak ediblər.
Həyatlarının ən əlamətdar günlərindən birində ölkə üçün əhəmiyyət kəsb edən referendum səsverməsindən kənarda qalmayan cütlük əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər. Daha sonra seçki məntəqəsindən birbaşa şadlıq sarayına yola düşüblər.