BMT-dən İdlib qətliamına münasibət: "İyrəncdir"

Suriyaya məxsus qırıcıların İdlib şəhərindəki bazar ərazisini bombalaması olduqca iyrənc hadisədir.

 

sabahinfo.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Pan Gi Mun deyib.

 

"Atəşkəsin elan olunmasına baxmayaraq, hələ də mülki əhalinin yaşadığı ərazilərə bomba yağdırılır”, - Pan Gi Mun deyib.

 

Qeyd edək ki, Suriya qırıcılarının İdlib şəhərini bombalaması nəticəsində xeyli insan həlak olmuş, 50-dan çoxu isə yaralanmışdı.