BMT-nin baş katibi Almaniya və Mərkəzi Asiyaya gedir

BMT-nin baş katibi Pan Gi Mun Almaniyaya, oradan da Mərkəzi Asiya ölkələrinə səfər edəcək. Bu barədə BMT-nin mətbuat xidməti xəbər verir. O, Tacikistan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkmənistanda olacaq.

İyunun 7-də Pan Gi Mun Almaniyaya yola düşəcək. Burada Bonnda genişləndirilmiş beynəlxalq mərkəzin inauqurasiyasında iştirak edəcək. Pan Gi Munun Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşü nəzərdə tutulub.