QOÇ - Neçə gündür astroloji göstəricilər işlərinizin heç də
rəvan getmədiyini bildirir. Xüsusən də yersiz mübahisələrə tez-tez cəlb
olunursunuz. Bu, sizə yaraşmır, özünüzü ələ alıb reallığa uyğun
davranın.
BUĞA - Ətraf mühit sizi lazımi qədər qane etmədiyindən
rahatlığınızı təmin edə bilmirsiniz. Müəyyən məkan dəyişikliyinə həvəs
göstərməklə bu sıxıntılara son qoya bilərsiniz. Səfərə çıxmaq daha
münasibdir.
ƏKİZLƏR - Fəaliyyətə ara verin. Ötən günlərdə dincəlməyə
vaxtınız olmadığı üçün bu təqvimdən yararlanın. Hətta uzaq yola çıxmaq,
qonaq getmək də uğurludur. Pul xərcləməkdən qorxmayın.
XƏRÇƏNG - Böyük dəyişikliklər astanasındasınız. Nəyi nədən
başlamağı özünüz təyin etməlisiniz. Əgər seçimdən yaxşı istifadə
etsəniz, ayın sonuna qədər günləriniz xoş keçəcək. Tərəf-müqabilinizə
sayqı göstərin.
ŞİR - İşləriniz həddindən ziyadə çox olduğundan
yorulacaqsınız. Buna baxmayaraq proseslərin sürətli inkişafında özünüzü
itirməməlisiniz. İlk öncə nədən başlamağı konkretləşdirin. Kənar
təsirlərdən yayının.
QIZ - Pulsuzluğa görə sıxıntı çəkməyin. Çünki
proqnozlarınızı tərtib etdiyimiz bütün mənbələr maliyyə durumunuzun
yaxşılaşacağını göstərir. Bu səbəbdən digər işləri təxirə salmaq da
olar.
TƏRƏZİ - Fəaliyyətlə bağlı müəyyən narahatçılıqla
üzləşəcəyiniz gözlənilir. Bu səbəbdən də fiziki və zehni işləri təxirə
salmalısınız. Ulduzlar saat 14-16 arası sizə qarşı təxribat
gözlənildiyini bildirir.
ƏQRƏB - İstirahətinizi təmin etmək üçün bütün mümkün
variantlardan istifadə edin. Onsuz da fəaliyyətinizdə hansısa uğur
mümkün olmayacaq. Bu gün şəxsi büdcənizə mümkün qədər qənaət
etməlisiniz.
OXATAN - Ulduzların düzümü aldanma ehtimalınızın
mümkünlüyündən xəbər verir. Odur ki, aldığınız hər təkliflə
razılaşmayın. Nahardan sonra problemlərinizin həllində şanslar
yaranacaq.
OĞLAQ - Saat 14-ə qədər qarşılıqlı münasibətlərdə bəzi
gərginliklərlə baş-başa qalacaqsınız. Qeyd olunan müddətdə təmkin
göstərsəniz, sonrakı saatları rahat şəkildə başa vuracaqsınız. Riskdən
uzaq olun.
SUTÖKƏN - Qida rejiminizə xüsusi diqqət ayırın. İş günü
olduğundan Göy qübbəsi bu təqvimdə uzaq ünvanlara qonaq getməyinizə izn
vermir. Amma nahardan sonra müqəddəs yerləri ziyarət etmək olar.
BALIQLAR - İxtiyarınızda olan bu təqvimdə maraqlı adamlarla
görüşləriniz istisna olunmaqla, digər işlərinizdə elə bir yenilik
gözlənilmir. Aldığınız təkliflərə tələsik razılıq verməyin, qarşı
tərəfdən vaxt istəyin.