Con Kerri əməliyyat olundu

Fransada velosiped gəzintisi zamanı ayağını sındıran Amerika Birləşmiş Ştatlarının dövlət katibi bu gün ayağa qalxa bilər.

Ötən gün Massaçusets Ümumi Xəstəxanasına aparılan dövlət katibi burada ayağından əməliyyat olunub. Bu barədə onun həkimi danışıb.

"Əməliyyat yerli narkoz altında və müvəffəqiyyətlə keçdi. Dövlət katibinin əməliyyatı 4 saat davam etdi. Biz onun çərşənbə günü (bu gün – red.) ayağa qalxacağını düşünürük”, – deyə həkim Dennis Byorka bildirib.

Qeyd edək ki, 71 yaşlı Con Kerri ayağını Alp dağlarının Fransa ərazisindəki hissəsində gəzinti zamanı zədələdikdən sonra vertolyotla Cenevrə xəstəxanasına çatdırılmışdı.