Daha 4 miqrant dənizdə batdı

Yunanıstanda qayığın qəzaya uğraması nəticəsində 4 miqrant ölüb.

Hadisə Lesbos adası yaxınlığında qeydə alınıb.

Ölənlərdən 2-nin uşaq olduğu bildirilir. İlkin məlumata görə, qayıqda 50 nəfər olub.

Qeyd edək ki, son bir neçə gündə dənizdə baş verən qəzalarda ölən miqrantların sayı 100-ə yaxınlaşır.