Deputat daha üç ölkədən olan həmkarları ilə görüşdü

Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzairin millət vəkilləri ilə görüşüb.

 

sabahinfo.az xəbər verir ki, millət vəkili müzakirələr zamanı xarici həmkarlarına  qadınlarımızın cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

 

Deputat Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb.

 

Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri ölkələrinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini və ikitərəfli münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.

 

Q.Paşayeva millət vəkillərinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materialları da təqdim edib.