Diana Moskvada "Eurovision" gecəsinə qatılacaq

Rusiyada "Eurovision 2017" ilə bağlı gecə keçiriləcək.

Sabahinfo.az axşam.az-a istinadən bildirir ki, tədbir Moskvada aprelin 21-də baş tutacaq.

"Vegas City Hall"un konsert zalında təşkil olunan gecədə 9 ölkənin təmsilçisi iştirak edəcək. Onlar Azərbaycandan - Dihaj, Rusiyadan - Julia Samoilova, Bolqarıstandan - Kristian Kostov, Yunanıstandan - Demy, Moldovadan - SunStroke Project, İsraildən - Imri Ziv, İsveçrədən - Timebelle, İtaliyadan - Francesco Gabbani, Ermənistandan - Artsvikdir.

Konsertdə rusiyalı müğənnilər də çıxış edəcəklər.

Xatırladaq ki, "Eurovision"nun yarımfinalları Ukraynanın paytaxtı Kiyevdə 9 və 11 may, finalı isə 13 may tarixində baş tutacaq.