Diyarbəkirdə partlayış: atışma başlayıb

Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində böyük partlayış baş verib. Sabahinfo.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partlayış polis idarəsinin qəsəbədəki binasının yaxınlığında olub. Hazırda həmin bölgədə polislərlə terrorçular arasında atışma gedir.