Dünyanın ən böyük gəmisi ilk səfərinə çıxdı

Dünyanın ən böyük gəmisi ilk səyahətinə çıxıb.

sabahinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Fransada Saint-Nazaire limanında inşa edilən "Harmony of the Seas” sərnişin gəmisi iki gün  əvvəl  Fransadan İngiltərəyə ilk səfərini edib.

Gəminin yola çıxması ilə bağlı tədbirə 40 minə yaxın sakin qatılıb.

Fransa şirkəti tərəfindən 32 ayda inşa edilən gəminin uzunluğu 362 metr, hündürlüyü 73 metr, genişliyi isə 66 metrdir. Gəminin 1 milyard avroya tikildiyi bildirilib. Onun ağırlığı 227 min tondur.  

Bu nəhəng nəqliyyat vasitəsi bir səfərdə 6 min sərnişin və 2 min şəxsi heyəti daşıya bilir və içində oyun salonları, hovuzlar var. Gəmidə sərnişin olmaq istəyənlər 400-1200 avro arası xərcləməli olacaq.

Qeyd edək ki, bu gəmidən əvvəl dünyanın ən nəhəngi Titanic hesab edildi. Yeni gəmi Titanicdən 3 dəfə böyükdür.