Dünyanın ən zəngin adamı Trampın siyasətini dəstəkləyir

Milyarderlər Bill Qeyts və Uorren Baffet ABŞ prezidenti Donald Trampın apardığı siyasəti bəyəndiklərini bildiriblər.

sabahinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə onlar Kolumbiya Universitetində çıxışları zamanı qeyd ediblər.

Onların fikrincə, ABŞ Donald Trampın hakimiyyəti illərində güclü inkişaf edəcək, eləcə də cəmiyyətdəki fikir ayrılığından azad olunacaq.

U.Baffet əlavə edib ki, Trampın hakimiyyəti illərində ABŞ irəliyə doğru gedəcək.