Əbülfəz Ülvinin " Bir çinarın Harayı" kitabının təqdimatı keçirilib - Foto

Bu gün Azərbaycan Yazıçılar Birliyində Əbülfəz Ülvinin " Bir çinaeın Harayı" kitabının təqdimatı keçirilib. Sabahinfo.az xəbər verir ki, Əbülfəz Ülvi 1951-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.Ali təhsillidir.Ailəlidir və üç övladı var."Bir çinarın harayı" kitabı şairin oxucularla iyirminci görüşüdür. Tədbiri giriş sözü ilə yazıçı dramaturq Elçin Hüseynbəyli açıb. Daha sonra şairlərdən Balayar Sadiq, Qulu Ağsəs, Kəmaləddin Qədim və digərləri çıxış etmiş və Əbülfəz Ülvinin həyat yaradıcılığı haqqında danışmışlar.