“Edam cəzasına da razıyam” - Telman İsmayılov “Yalan detektoru”nda

Azərbaycanlı iş adamı Telman İsmayılov ona məxsus bazarlarda narkotik alveri edildiyi ilə bağlı ittihamlara cavab verib.

BakuPost xəbər verir ki, Rusiyanın NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları” proqramının "Yalan detektoru” rubrikasının qonağı olan biznesmen onunla bağlı yayılan bütün kriminal xəbərlərə bir-bir aydınlıq gətirib.

İlk növbədə o, "Çerkizov” bazarının ona aidiyyəti olmadığını qeyd edib: "Hansısa bazarı göstərib, mənim olduğunu bildirmisiniz. Mənim heç bir obyektimdə narkotik alveri olmayıb. Hətta bizim obyektlərdə mühafizəçilər kimdəsə narkotik tapanda mükafat alırdılar”.

Qaçaqmalçılıqda adının hallandırıldığını vurğulayan T. İsmayılov buna dair sübut istəyib: "Hanı sübut? Əgər fakt varsa, mən ömürlük məhkumluğa, hətta edam cəzasına belə razıyam”.