“Bələdiyyə sədrləri birbaşa seçicilər tərəfindən seçilsin” - Siyavuş Novruzov

“Qanunvericilik planı hərtərəfli hazırlanıb”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Regional komitəyə 1360 müraciət daxil olub, 960-ı həll olunub.

Bu ilin sonunda bələdiyyə seçkilərinin olcağını deyən S.Novruzov seçkilərin şərtlərinin sadələşdirilməsini təklif edib. Bildiri ki, orada saylar həddindən artıq çoxdur:

“Başqa ölkələrdə əhali sayı çox olmasına baxmayaraq, 800 bələdiyyə fəaliyyət göstərirsə, bizdə mindən çoxdur. Bələdiyyə sədrləri birbaşa seçicilər tərəfindən seçilsin. Biz bunun öz əksini tapmamığı istəyirik”.

Deputat qeyd edib ki, digər məsələ sənədlərin çoxluğudur:

“Bir nəfər 60 səhifədən çox sənəd verməlidir ki, qəbul olsun. Prezidentliyə verilən sənədlə bələdiyyə seçkilərinə verilən sənəd eynidir”.

“İşğaldan azad olunmuş ərazilərdə də bələdiyyələr formalaşdırmalıyıq, bunun üçün addımlar atmalıyıq”, - deyə Siyavuş Novruzov vurğulayıb.