Əli Abbasova yeni vəzifə verildi

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.

AzVision.azxəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.

AMEA prezidenti Akif Əlizadə bildirib ki, Əli Abbasov akademiyanın müşaviri təyin olunub.