Elman Mehdiyev Qax rayonunda qəbul keçirəcək.
Dövlət
Sosial Müdafiə Fondunun (DSMF) sədri E.Mehdiyev Qax rayonunda məcburi
dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Adalet.az-a verilən məlumata
görə, DSMF-nin sədri E.Mehdiyev iyunun 2-də saat 11:00-da DSMF-nin Qax
rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən
rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və
pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin
[email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Qax rayon şöbəsində (02425) 5-44-33
Şəki şəhər şöbəsində (02424) 4-89-20
Oğuz rayon şöbəsində (02421) 5-34-73
Zaqatala rayon şöbəsində (02422) 5-68-88
Balakən rayon şöbəsində (02429) 5-11-10
Qəbulda
iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon
şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla
qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.