Elmar Məmmədyarov prezidentlərin görüşünü şərh etdi

Nazir qeyd edib ki, danışıqlar konstruktiv şəkildə keçirilib.

Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putininiştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir.

Xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovdeyib.

"Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”, - nazir bildirib.