Ya Rəsul Allah!
Çalışıb
gedərəm seçdiyin yolu,
Ürəyim
eşqinlə doludur, dolu.
Səni heç
danarmı Tanrının Qulu?
Ya Rəsul
Allah! Ya Rəsul Allah!
Sənin məhəbbətin
dərin kök atmış,
O, nurlu kökləri
cənnətə çatmış.
Kim sənə
baş əyib, başını ucaltmış,
Ya Rəsul
Allah! Ya Rəsul Allah!
Allahın
salamı olsun yoluna,
Salavat göndərdim
gül-camalına.
Tamahı
sevməzsən dünya malına,
Ya Rəsul
Allah! Ya Rəsul Allah!
Əli,
ilk Hüccətin, hafizin oldu,
İslam
dünyasına varisin oldu.
Hər kəlmən
Quranın hədisi oldu,
Ya Rəsul
Allah! Ya Rəsul Allah!
Ay Allah!
Qara kölgəsini
cismimə salıb,
Yaman naxoşlayıb
ruhum Ay Allah!
Adam düşündükcə
belə, mat qalır,
Ərşə
çəkilibdir yuxum Ay Allah!
Bu hansı
ruzigardır əsib ruhuma,
Şeytan
fitnə-fəsad kəsib ruhuma,
Elə
bil əli ilə əzib ruhuma,
Səpib istiotdan toxum Ay Allah!
Bilirəm
bu cığır zülmətə gedir,
Məşəqqətə,
ağır zillətə gedir.
Şairlər
öləndə
cənnətə gedir,
Mən niyə
kənardan baxım, Ay Allah!
Nə olar sən
məni öz yoluna çək,
Yoxsa qalacağam
tamam tənha, tək.
Cismim yaşayacaq,
ruhum öləcək,
Budur ən
dəhşətli qorxum, Ay Allah!
Yaz aylarında
Torpaq
nəfəs alır ,küləklər
gülür,
Yarpaq
pıçıldayır, çiçəklər
gülür.
Damarda
qan coşur, ürəklər
gülür
Doğur
səmimiyyət yaz aylarında
Loğmandır
təbiət yaz aylarında.
Məlhəmdir
yağışı günəşi, mehi
Dağda
bar dumanın dan yeri şehi.
İnsan yaşadıqca
duyur fərəhi.
Çəkilməz əziyyət
yaz aylarında
Loğmandır
təbiət yaz aylarında
Ağsu torpağı
Loğman
çiçəkləri
dağ yamacında,
Oylağıdır
Kəkliyin, Turacın da.
Bura
səfər edək ilin yazında,
Alaq
bülbüllərdən
bahar sorağı,
Cənnət
məkanıdır Ağsu
torpağı.
Girdiman
hövzəsi lalə qatarı,
Hər
yanı al əlvan çiçək hasarı.
Cavanşir
gölünə salaq güzarı,
Seyr
edək rayonu üzü aşağı,
Cənnət
məkanıdır Ağsu
torpağı.
Pıçıldayır
Ağsu çayı mehriban,
Vadisindən
səhər boylanır duman.
Seyrəngahı
buludlara ucalan.
Dolayları
istirahət ocağı,
Cənnət
məkanıdır Ağsu
torpağı.
Çağdaş
dövr Azərbaycan Ədəbiyyatının
sütunu - Musa Yaqubun "Öyrətmə
özünə,
öyrətmə
məni” şeirinə
ithaf.
İzin ver, öyrədim özümə səni
Sən
qəlbinin qapısını bağlama,
İzin ver öyrədim
özümə
səni.
Sonrasını
burax mənim ağlıma,
Öyrədəcəm dərdə,
dözümə səni.
İzin ver, öyrədim
özümə
səni.
Sənin
dərdlərinin ayaqları var,
Mənim
də yaramın qaysaqları var.
Ayıra
bilməzlər, nə haqları
var?
Tutmamış
oduma, közümə səni,
İzin ver, öyrədim
özümə
səni.
Şair Namiq Dəlidağlının
"Heç nəyi qalmadı
getdi!” misrasına istinadən...
Getdi
Geri dön deməzlər özü gedənə,
O mənim həmdəmim
olmadı getdi.
Gələndə
bir dünya vermişdi mənə,
Apardı, heç nəyi qalmadı, getdi.
Düşünməzdim illər onu soyudar,
Özgə laylasına rahat uyudar.
Dedim məni yada salıb qayıdar,
O isə yadına salmadı, getdi.
Yaman incimişəm lal baxışından,
Mürgülü,
yuxulu, kal baxışından.
Ögey, aciz, soyuqhal baxışından,
İncimiş könlümü
almadı, getdi.
Telli saz
Üç
min illik dədəm Qorqud yadigarı,
Üz
tuturuq yavaş-yavaş ona sarı.
Ozanların
sarı simçün yazdıqları
Başqa
bir ürəkdir, başqa bir avaz,
Söz məqamı,
söz dəmidir Telli Saz
Ruhumuzun məlhəmidir
Telli Saz.
O Qopuzun bir budağı,
balasıdır,
Nə qədər
ki, dünya durur qalasıdır.
Söz divarlı
mədəniyyət qalasıdır,
Möhtəşəm
qalanı uçurmaq olmaz,
Muğamın
ilk aləmidir Telli Saz
Ruhumuzun məlhəmidir
Telli Saz.
Haqq eşqiylə
yananların arxası,
"Qara donlu kafirlər”in
qorxusu
Hər simindən
gəlir tarix qoxusu,
Dəhşətimdir, sitəmimdir,
Telli Saz,
Ruhumuzun məlhəmidir Telli Saz.
Mizrabında
möcüzələr bəslədi,
İnsanları
cəsarətə səslədi.
Bu İlahi
sevgi deyil bəs nədir?
Min İllərlə
səslənsə də
yorulmaz,
Əzəldən
ruh aləmidir Telli Saz,
Ruhumuzun məlhəmidir
Telli Saz.
Şairin
Gənc
nəslə örnək
olub
Əsl ədəbi dərnək
olub.
İşi təhsil vermək
olub.
Əhliman tək bir şairin
Sözü
məktəbdir şairin.
Gəraylısı
başqa aləm
Dərd
köşəsi yanıq-Kərəm
Bazubəndi
kağız-qələm.
Qıfılbəndi
sirr şairin,
Sözü
məktəbdir şairin.
Şah pərdələr
pıçıldaşır,
Ruhumuza
ilham qoşur.
Sevgisiylə
aşıb-daşır,
Araz
- Kürün, Kür-Şairin,
Sözü məktəbdir
şairin.
Var imiş
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yaşı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən nəsilə bir yadigardır.
Xalq şairi Səməd Vurğunun bu misralarına istinadən
Öyrənir
alimlər bəşər gərdişin,
Tarixin Milyard il yaşı
var imiş.
Min sirrin yükünü
daşıyan daşın,
Bir zaman düşünən
başı var imiş.
O, da insan kimi günah
işlədib,
Nə qədər
dəhşətə şahidlik edib.
Daşa
daş olmağı zülm öyrədib,
Daşın
da gözünün yaşı
var imiş.
Xeyli yadigarlar itdi, məhv
oldu,
Özüllü
xətalar haqsız əfv
aldı.
Zamanın
özü
də buna mat qaldı,
Dünyanın
belə də işi var imiş.
Mirfazil ağa
Bir adın
altında min ad yaşayır,
Cəsarət
yaşayır, cihad yaşayır.
Şerə
qanad verir, rahat yaşayır
Ehtiyac duymayır
tərif olmağa
Tarixi natiqdir Mirfazil Ağa.
Küləklər
səsini yayıb ölkəyə,
Dəvət alır
hər şəhərə, bölgəyə.
Şükür
olsun Haqdan gələn vergiyə,
Çəkmək
olmaz onu sözlə sınağa
Tarixi natiqdir Mirfazil Ağa.
Söz-sənət
dünyası başqa bir aləm,
Düşüncəsi
çox
humanist möhtəşəm.
Övlüyadır,
Haqq eşqindən deyil kəm ,
Xeyir dua verir neçə
ocağa,
Tarixi natiqdir Mirfazil Ağa.
Sənin xətrinə
Bir
sevginin tarixini yazaram,
Bir
arzunun məzarını qazaram
Lazım gəlsə
ömür
boyu susaram
Tək
sənin xətrinə, sənin
xətrinə
Biganəlik
ürəyimi
ağrıdır,
Şirin sözün hisslərimə
oğrudur.
Hər
nə desən deyəcəyəm doğrudur
Tək
sənin xətrinə sənin
xətrinə.
Zəmanənin
ələyindən
keçərəm,
Oyunundan,
kələyindən keçərəm.
Hər
gün, hər an ürəyindən
keçərəm,
Tək
sənin xətrinə, sənin
xətrinə.
Dörd
yanında mən olanda görmədin,
Nə
qəmgin, nə şən olanda görmədin.
Mən
də səni dəyişdikcə
gözlədim.
Tək
sənin xətrinə, sənin
xətrinə.
Sənin
Sən mənim
gözümün içinə
baxma,
Gözlərim
yandırar gözünü sənin.
Lal su tək
o, yana, bu yana axma,
Bu gediş
azdırar özünü sənin
Baxışlar
baxışdan sevgi doğurar,
Fürsət
bilib şeytan səni çağırar.
Yandırıb
külünü göyə
sovurar,
Tapmazlar bir qətrə
közünü sənin.
Gərəyim deyildir indi bu qayğı,
Şübhəli
təzimlər, israrlı sayğı.
Yenicə
köksündə böyüyən
duyğu,
Mənə çatdırmasın
ərzini
sənin.
Vətən daşı
Vətən
daşı - cəsarətim, güvən
yerim,
Vətən!
Mənim Qarabağdır dərdim,
sərim
Xocalıda,
Kəlbəcərdə
gördüklərim,
Bilirəm
ki tək erməni işi deyil,
Köhnə
Cəllad bu mövzuda naşı
deyil.
Qara
donlu ittifaqlar yaradıldı.
Qabar
tutmuş yara üstə yara doldu.
Pul
gördülər Millət.
torpaq unuduldu,
O, adamlar vətənimin daşı
deyil.
Türk
oğlunun bir soydan qardaşı deyil.
Çəkər
Çalış
öz
yurdunda yarat yuvanı,
Gəzsən
də yad eli, özgə
obanı.
Yenə
əvəz
etməz Azərbaycanı,
Ruhum Təbriz
həsrətini hey çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Bir gün
torpağıma çökdü çən, duman,
O, gündən
çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə
yaşayan,
Sırtımızdan
ox tuşlayıb, yay çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Qarabağ
dərdini tüm cahan ağlar,
Gecə
zülmət ağlar, səhər
dan ağlar.
Yurd dağılıb,
bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay
çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Qalar
Xislətimiz
olub bizim əzəldən,
Muğayətdir
dil qulaqdan, göz əldən.
Qeyrət
umar, namus umar gözəldən
Mərd doğulan
mərd yaşayar, mərd qalar.
Ta əskidən
bu eldə, bu obada,
Adət
olub ulu dədə babada.
Söz danışıb,
şərt kəsibsə bir vədə,
Kişi
kəsən şərt əbədi
şərt qalar.
Millət
var ki, özgələrdən
pay umar,
Millət
də var Tanrıdan haqq-say umar.
Bir obanı
taladılar, soydular,
El köçsə
də yaşadığı yurd qalar.
Çərxi-fələk
dövr etsədə tərsinə,
Anlatmaz ki, düzü
nədir, tərsi nə.
Dönüb sərt
qaydalar həyat tərzinə,
Bu qanunlar sərt
yazılıb, sərt qalar.
Millətimi Allah özü qorusun!
Haqsızları
Haqq əli ilə vurulsun,
Ədalətin
tərəzisi qurulsun
Vətənimə
silah çəkən yağılar,
Silah tutan qollarınız
qurusun.
Mərdlər
üçün çox qurulub planlar,
Məşəqqətlər,
fitnə-fəsad yalanlar.
Düz ilqarı,
düz məsləyi olanlar,
Mümkün
deyil peşəsindən yorulsun.
Lazım
gəlsə oğul kimi, ər
kimi,
Mən də
döyüşəcəm bir əsgər
kimi,
Görüm bizim məsum
şəhidlər kimi,
Düşmənimin bütün
xalqı qırılsın.
Tarix boyu sinə
gəldik dərdlərə,
Erməni
tək çaqqallara, itlərə.
Gücümüz bəllidir
çox
millətlərə
Millətimi
Allah özü qorusun!
Altında
Qan qoxulu işlər
ləngimədikcə,
Acizik, ”bəlkə” nin, ”kaş”ın altında
Cəbhədə
döyüşlər səngimədikcə
"Yasdıq
daşa dönür” başın
altında.
Oyaqkən yatanlar asan oyanmaz,
Var olanın
dəyərini duyanmaz.
Qaş
yerində qərar tutub dayanmaz,
Göz rahat durmasa qaşın
altında.
Xalqımızı
soy –kökündən qırdılar,
Böhtan atıb
üzümüzə
durdular.
"Başımıza
kül töküb, daş
vurdular”
Baş
da ucalarmı daşın altında?
Ata
Sən dünyanı
dəyişəndən ay ata,
Qızın tərkicahan,
nagüman gəzir.
Yuxu kimi yaşayıram
həyatda.
Xəyallar başımda
bir ümman gəzir.
İtirmişəm,
taqətimi, gücümü
Yaşamaq
üçün kimdən alım dözümü?
Bircə
dəfə görmək
üçün üzünü,
Gözlərim
axtarır min ünvan gəzir.
Qadın şəfqəti.
Şimal
okeanın əridə bilər
Topal arzuları
yeridə bilər,
Dünya savaşını
kiridə bilər
Bir qadın
zəkası, qadın hikməti,
Dünyaya bəzəkdir
qadın şəfqəti.
Bayraq
Bayraq
fərəh yerim, istinadgahım,
Bayraq
ən
zərərsiz sivil silahım.
Onunla
mövcuddur nurlu sabahım,
Üç rəngi üç
məna yükü daşıyır,
Nə
qədər Bayraq var ,Vətən yaşayır.
Yaşıl
müsəlmanın ən
şux
rəngidir.
Mavi
Türklüyümün həmahəngidir.
Qırmızı
müasir Yallı. Cəngidir,
Ay
və ulduz saf səmaya oxşayır
Nə
qədər Bayraq var Vətən yaşayır.
O bəşərin
ən
müqəddəs bayrağı,
Gerbimiz
də möhkəm arxa dayağı.
Hər
kim olsa torpağımın qonağı,
Mənlə
birgə Bayrağıma baş
əyir,
Nə
qədər Bayraq var Vətən yaşayır.
Dilə düşürdü.
Sən
elə bir gündə çıxdın
qarşıma,
Mənim
toy qatarım yola düşürdü.
Gəlinlik
duvağın görüb başımda,
Gözlərin
min haldan-hala düşürdü.
Gəldim
görməzlikdən müthiş
halını
İlk dəfə seyr etdim məh-cəmalını,
Sanki
oxuyurdum hər xəyalını.
Elə
bil gözündən gilə
düşürdü.
Diqqətlə
baxırdı adamlar mənə,
Guya
dəyişmişdim mən
neçə günə.
Bəzən
uymayanda el adətinə,
Hər
sözüm dillərdən-dilə
düşürdü.
Famil Məmmədli
Qartal
tək şığıdı əngin səmaya.
Salamlar
yetirdi günəşə, aya.
Vətən
bayrağını çəkdi fəzaya,
Göstərirdi
əzm
Famil Məmmədli
Fəxrimizdi
bizim Famil Məmmədli.
Şəhid olub xilas etdi bir kəndi.
Əsil oğul el qeyrəti
çəkəndi.
Qəlbindəki
Haqq eşqinə güvəndi
Haqqa
etdi təzim Famil Məmmədli
Fəxrimizdir
bizim Famil Məmmədli.
Xalqımız
hər zaman yad edir onu,
Yeni
başlanğıcdır ömrünün
sonu
Tarixə
yazdırdı həyat yolunu,
Bir
mayakdır izin Famil Məmmədli
Fəxrimizdir
bizim Famil Məmmədli.
Günəş
Səmada
izini gəzirəm sənin,
Yuxuda
üzünü
gəzirəm sənin.
Özümdə-özünü
gəzirəm sənin
Sən
getdin əbədi yaşamaq üçün,
Mən
gəldim adını daşımaq
üçün.
Bir
gün Günəş adı
qismətim oldu
Cəmalın
gözümün həsrəti
oldu.
Ruhunla
nə qədər söhbətim
oldu,
Gəlmədim
yaranı qaşımaq üçün,
Mən
gəldim adını daşımaq
üçün.
Kökü
üstə
yarpaqlayan budağam,
Hər
fitnədən, hər fəsaddan
uzağam.
Nə
qədər ki nəfəsim var mən
sağam,
Öz təmiz soyuma oxşamaq
üçün,
Mən
gəldim adını daşımaq
üçün.
Mən gedərəm
Mən
gedərəm, sənin mənə
inamın yox,
Mən
gedərəm, gözləməyə
zamanım yox.
Mən
gedərəm, qayıtmağa
gümanım yox
Mən
gedirəm daha məni gözləmə!
Mən
gedərəm, yollarımda qalar gözün,
Mən
gedərəm göz yaşıyla
dolar gözün.
Mən
gedərəm ,sənə düşmən
olar gözün,
Mən
gedirəm daha məni gözləmə!
Başqa
bir aləm tək gəldim ömrünə
Gedəndə
başqa bir aləm gedərəm.
Mən
gedərəm, çox da etmə
qəm gedərəm
Mən
gedirəm daha məni gözləmə!
Anam təbiətin şah əsridir.
Misilsiz yaranmış həyatda
ana,
Ömrünü
həsr edir övladlarına,
Hamı nəğmə
qoşur, onun adına,
Dilimizin şövqü,
laləzarıdır,
Anam təbiətin
şah
əsəridir.
Bu adı daşımaq
çox
çətin olur,
Ana məğrur olur, mərd
mətin olur.
Dünyanı
qoruyan hikmətin olur.
Yer üzünün zinətidir,
zəridir,
Anam təbiətin
şah
əsəridir.
Evimizin dirəyidir analar,
Hamımızın gərəyidir
analar.
Təbiətin
ürəyidir
analar,
Təbiət
Allahın şah əsridir,
Anam təbiətin
şah
əsəridir.
Baş əyirəm
ana sənin qarşında,
Saflığına təzim
edir altun da,
Əsil ananın
ayaqları altında,
Cənnət
məkanıdır, cənnət
yeridir,
Anam təbiətin
şah
əsəridir.
Bilməz
Bir
baxın şairi Ulu yaradan,
Bəxş
edib həyata əvəzedilməz.
Min
alim doğular şersiz qandan,
Lakin
bircə şair doğula bilməz.
Söz
aşiqi vurğunudur dünyanın,
Onun
məhəbbəti ölçüyə
gəlməz.
Qələm
kimi dostu olan insanın,
Qəm-kədər
qəlbinə yığıla bilməz.
Hər
kəs ki, işinə
baxacaq dayaz,
Dolacaq
qəlbinə çovğunlu
ayaz.
Bacarırsan
doğru danış, doğru
yaz,
Həqiqət
heç zaman boğula bilməz.
İnsan olmadıqca işinə
bələd,
İstəməz bərqərar
olsun ədalət.
Pis
xətlə işlənmiş,
oğurluq sənəd,
Qəti
doğru-dürüst oxuna bilməz.
Qarabağımın
Ürəyim ağrıyır
inanın daha,
Adı çəkiləndə
Qarabağımın.
Dünya bəyan
olur naləyə, aha,
Adı çəkiləndə
Qarabağımın.
Pənahəli
torpağıdır Qarabağ,
İbrahimin ocağıdır
Qarabağ.
Hamı deyir, Torpaqda vüqara
bax,
Adı çəkiləndə
Qarabağımın.
Şuşanın
düzləri çiçəkdi, güldü,
Cıdır düz
bəzəyi Xarı Bülbüldü.
Fikrimdə canlanır
Natəvan yurdu,
Adı çəkiləndə
Qarabağımın
İtkin şəhər
Dörd bir yanı
qala qoruq qaytağıdır,
Şirvanımın
sənətkarlıq ocağıdır.
İtmiş
Şəhər qədim Ağsu
torpağıdır
Əhalisi cəsarətli
ötgün
şəhər,
Müəmmalı,
əfsanəvi,
itkin Şəhər
Biri dedi zəlzələnin
gücü olub.
Biri dedi :- Şah Qacarın
suçu olub
Hər nədirsə
nəticəsi acı olub
Xarabaya çevrilibdir yetkin şəhər
Müəmmalı
əfsanəvi,
İtkin
Şəhər.
Neçə əsr gözlənibdir
xəzinətək
Açıq səma
muzeyidir görmək gərək.
Ümidvaram tarixçilər
öyrənəcək
Yeni səhifə
açacaqsan bir gün Şəhər,
Müəmmalı,
əfsanəvi
itkin şəhər.
Atam
dünyasını dəyişən
gündən
Gözümün
üstünü
kölgələr
alıb,
Ürəyimin hər pərdəsi saralıb.
Bu gen dünya mənim üçün daralıb,
Sevinc də, fərəh
də, qaçaqdır
məndən,
Atam dünyasını
dəyişən gündən.
Nə
etsəm boynumu büküb
gəzirəm,
Gizlicə göz yaşı töküb gəzirəm.
Dərdimi köksümə çəkib
gəzirəm,
Asılı qalmışam bu qəm yükündən,
Atam dünyasını
dəyişən gündən.
Şirin dilim, şirin dadım gedibdir,
Uçmaq üçün qol-qanadım gedibdir.
İlham pərim, istedadım gedibdir,
Bir
ağı
demək
də gəlmir
əlimdən,
Atam dünyasını
dəyişən gündən.
Ruhəngiz
İlk
baxışın şəfəqləri
gözündə,
İlk
kəlmənin hərarəti
sözündə.
İlk
addımın cəsarəti
dizində,
Saf döyünən
ilk ürəkdir Ruhəngiz,
Doğum
günün mübarəkdir
Ruhəngiz!
İlk
arzuya ilk açılmış qoldur o,
İlk
sevincə aparacaq yoldur o.
İlk
doğulub, şirinlikdə baldır
o,
İnsan
donlu bir mələkdir Ruhəngiz,
Doğum
günün mübarəkdir
Ruhəngiz!
Çəkər
Çalış
öz
yurdunda yarat yuvanı,
Gəzsən
də yad eli, özgə
obanı.
Yenə
əvəz
etməz Azərbaycanı,
Könlüm
Təbriz həsrətini hey çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Bir gün
torpağıma çökdü çən, duman,
O, gündən
çəkişir bizimlə zaman.
Bilmirdik ki, evimizdə
yaşayan,
Sırtımızdan
ox tuşlayıb, yay çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Qarabağ
dərdini tüm cahan ağlar,
Gecə
zülmət ağlar, səhər
dan ağlar.
Yurd dağılıb,
bulaqlarım qan ağlar,
Qan da olsa su aparar, çay
çəkər,
El dərdini
kaman ağlar, ney çəkər.
Payız
sevdası
Bir payız ayında sevmişdim səni,
Ayrılıq anında,
hicran dəmində.
Saatlarla anıb bir dəqiqəni,
Hey ölçüb-biçirdim,
öz aləmimdə
.
Səni
danmağımdan hələ
küsdün də,
O payız eşqiydi, adı üstündə.
Məndən zəiflər də,
məndən üstün də,
Səni vəsf etmişdi söz qələmində.
Bir tək mənim cəsarətim
lal idi,
Dünyam başqa, halım başqa hal
idi.
Məhəbbət
məhsulum onda kal idi,
Zamanla yetişdi könül
zəmimdə.