Ərdoğan dedi: Əl-Baba girəcəyik

İndi də "Əl-Baba getməyin" deyirlər. Məcburuq, ora girməliyik. Çünki burada terrorçulardan təmizlənmiş bölgə yaratmalıyıq.

sabahinfo.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə çıxışı zamanı  deyib.
 
"Əgər koalisiya qüvvələri bizimlə bərabər hərəkət etməyə hazır olarlarsa, Rakka şəhərində də İŞİD-ə qarşı lazımi tədbirlər görəcəyik. Amma PYD və YPG ilə yox, ABŞ və koalisiya qüvvələri ilə birgə. Terrorçularla yanaşı olmayacağıq", - Ərdoğan bildirib.