Ərdoğanın qızının toyu barədə maraqlı detallar - Davudoğlu nikah şahidi olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızının toy mərasimiylə bağlı maraqlı detallar üzə çıxıb.

AzNews.azyerli KİV-lərə istinadən xəbər verir ki, Sümeyye Ərdoğanla Selçuk Bayraqdarın mayın 14-də bağlanacaq nikah mərasiminə 6 min nəfər dəvət olunacaq. Nikah şahidləri arasında Baş nazir Əhməd Davudoğlu da yer alacaq. Sadə nikah dəvətnaməsində gül və çələng göndərmək istəyənlərdən bunun əvəzində Türkiyə Silahlı Qüvvələrinin Əsgər Fonduna, TSQ Həmrəylik Fonduna və Türk Polis Təşkilatının Gücləndirmə Fonduna dəstək verməkləri xahiş olunur.

Nikah mərasimində Sümeyye Ərdoğan və Səlcuq Bayraqdarla bağlı video rolik nümayiş etdiriləcək. Mini sənədli film şəklində hazırlanan rolikdə gəlin və bəyin uşaqlıq vaxtlarından bu günə qədər olan fotoları, yaxın dostlarının və ailə üzvlərinin onlar haqqındakı fikirləri yer alacaq.