Erməni əsgəri ağır yaralanıb

Sabahibfo.Az erməni mediasına istinadən xəbər verir ki, dekabrın 30-da axşam saatlarında Tərtər istiqamətində yerləşən qoşunların qarşıdurma xəttində işğalçı ordunun hərbi qulluqçusu əsgər Qaqik Vardanyan ağır güllə yarası alıb.

"DQR" nümayəndəsi Senor Asatryanın verdiyi məlumata görə, yaralı əsgər Xankəndindəki hərbi hospitala yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.