Erməni əsilli hərbçi Gürcüstanda yol qəzasında öldü

Oktyabrın 21-də Gürcüstanda hərbçiləri daşıyan maşının iştirakı ilə yol qəzası baş verib. sabahinfo.az xarici mediaya istinadən bildirir ki, qəza zamanı erməni əsilli hərbçi ölüb.

Dedoplistsxaro-Tbilisi yolunda qeydə alınan hadisə zamanı 4 hərbçi də yaralanıb.

Qəzada ölənin Cavaxetiyanın Ninotsminda şəhər sakini, 20 yaşlı Akop Malxasyan olduğu bildirilib. O, yaxın zamanda ordudan tərxis olunmalı idi.