Erməni komandiri kömək istəyən əsgərini döyərək yolda ölməyə qoydu

İnsident təlimə gedərkən yolda baş verib.

İyunun 17-də Ermənistan Silahlı Qüvvələrinin (SQ) cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrinin birində qeyri-müəyyən şəraitdə ölmüş 19 yaşlı əsgər Qrant Qriqoryanın bədənində qançır izləri aşkarlanıb.

sabahinfo.az-ın məlumatına görə, bu barədə News.am saytına əsgərin qohumu Norik Avakyan deyib.

O qeyd edib ki, əsgərin yaxınları intihar versiyasını istisna edirlər. 

"Əlləri qançırdır, ayaqlarında sıyrıqlar var. Dodaq və burnunda da xəsarət izləri aşkarlanıb”, - deyə Norik Avakyan vurğulayıb.

Hadisənin təfərrüatlarını açıqlayan N.Avakyan bildirib ki, insident təlimə gedərkən yolda baş verib: 

"Qrant Qriqoryan komandirinə özünü pis hiss etdiyini deyib. Onu köməksiz halda yolda qoyublar. Arxadan gələn əsgərlər Qriqoryanın meyitini aşkarlayıblar”, - N.Avakyan əlavə edib.