Ermənistan əhalisinin sayı 634 min nəfər azalıb

Ermənistan əhalisinin sayı açıqlanıb. 

sabahinfo.Az "Panarmenian”a istinadən xəbər verir ki, 2016-cı il oktyabrın 1-nə olan məlumata görə, bu ölkənin 2993900 nəfər vətəndaşı var. 

Məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə Ermənistan əhalisinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub. 

Ümumiyyətlə, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan əhalisinin sayı 634,7 min nəfər azalıb.